Sakit okeanda “batan” dövlət öz konstitusiyasına əbədiliyini yazdı - FOTO

19-09-2023, 13:04           
Sakit okeanda “batan” dövlət öz konstitusiyasına əbədiliyini yazdı - FOTO
Sakit Okeanda kiçik bir ada dövləti olan Tuvalu hətta fiziki olaraq yoxa çıxdıqdan sonra belə öz varlığını davam etdirəcək. Müvafiq müddəa ölkə konstitusiyasına daxil edilmişdir.

“Tuvalu dövləti iqlim dəyişikliyinin nəticələrinə və ərazisinin itirilməsinə səbəb olacaq digər hallara baxmayaraq, həmişə mövcud olacaq”, - deyə sənəddə qeyd olunub.

“Bu addım ölkəni gələcəyə hazırlamağın bir hissəsidir, çünki o, fiziki bir varlıqdan daha artıqdır”, - deyə Tuvaluanın keçmiş xarici işlər naziri Saymon Kofe bildirib.

Siyasətçi qeyd edib ki, beləliklə onun vətəni həmçinin mədəniyyəti, tarixi və xalqın ruhunu özündə birləşdirir.



Mənbə: life.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.