Çində 11 uşağı qaçırıb satan qadın edam cəzasına məhkum edildi

20-09-2023, 13:54           
Çində 11 uşağı qaçırıb satan qadın edam cəzasına məhkum edildi
Çinin cənubundakı Quyçjou əyalətinin məhkəməsi 11 uşağı qaçıraraq satan qadını ölüm cəzasına məhkum edib.

İş materiallarına görə, Yuy Huayin 1963-cü ildə yoxsul ailədə anadan olub. Cinayətkarın ilk qurbanı öz oğlu olub. Qadın başqasıyla evli olan sevgilisindən nikahdan kənar oğlan uşağı dünyaya gətirib. Hər iki valideyn uşağı böyütməyə hazır olmadığı üçün 1992-ci ildə onu 5 min yuana (o vaxtkı məzənnə ilə təxminən 906 dollar) satıblar.

Cinayətkarlar həmişə eyni sxem üzrə hərəkət ediblər: Yeni bölgəyə gəlib, uşaqlı ailələri axtarıb və balacalara şirniyyat verməklə onların etibarını qazanıblar. Əksər hallarda onların qurbanları yoxsul təbəqənin nümayəndələri olub.

Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin məlumatına görə, 2010-cu ildən 2019-cu ilə qədər ölkədə 112,7 min qadın və uşaq insan alverinin qurbanı olub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru