Erməniəsilli şəxs Kanadadakı Azərbaycan Evinə hücum etdi - Video

20-09-2023, 18:04           
Erməniəsilli şəxs Kanadadakı Azərbaycan Evinə hücum etdi - Video
Kanadada fəaliyyət göstərən Azərbaycan Evinə hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin qaynar xəttinə Toronto Azərbaycan Evindən məlumat daxil olub.

Bildirilib ki, gecə saatlarında erməniəsilli şəxs Toronto Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycan əleyhinə nalayiq ifadələr səsləndirməklə təxribat törətməyə cəhd edib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hücum edən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

Qeyd edək ki, 2022-ci ilin sentyabr döyüşlərindən sonra Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bütün Azərbaycan evlərinə təhlükəsizlik təlimatı göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru