Ukrayna-Polşa gərginliyi artır: Danışıqlar təklif edildi

21-09-2023, 11:28           
Ukrayna-Polşa gərginliyi artır: Danışıqlar təklif edildi
Polşa tərəfi Ukrayna taxılı və Varşavanın tətbiq etdiyi embarqo ilə bağlı problemin həlli üçün Ukrayna ilə danışıqlara hazırdır.

Axar.az xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib.

"Biz belə danışıqları gözləyirik və belə danışıqların baş tutmasına hazırıq", - o vurğulayıb.

Onun sözlərinə görə, Polşa tranzitlə bağlı Ukraynaya kömək etmək istəyir. Lakin nazir qeyd edib ki, bu, Polşa fermerlərinin hesabına deyil, tranzit olmalıdır.

Onun fikrincə, hər şey ümumi həll yolunun tapılması istiqamətində düzgün istiqamətdə gedir.

Qeyd edək ki, Polşa Ukraynadan taxıl ixracına qadağa qoyub. Buna cavab olaraq, Ukrayna da Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edib.

Polşa baş naziri isə Ukraynaya daha silah tədarük etməyəcəklərini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru