ABŞ və Ukrayna birgə silah istehsal edəcəklər - Zelenski
23-09-2023, 00:04
Ukrayna və ABŞ Kiyevə hava hücumundan müdafiə sistemlərinin birgə istehsalına başlamaq barədə razılığa gəliblər.
"AzPolitika.info" «Reuters» agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Ukraynalılara gündəlik müraciətində Zelenski uzunmüddətli sazişin iqtisadiyyatı Rusiyanın işğalı və müharibəsi nəticəsində dağılmış Ukraynada iş yerləri və yeni sənaye bazası yaradacağını bildirib. “Bu, Vaşinqtona çox mühüm səfər idi, çox mühüm nəticələr əldə olunub”, – Zelenski cümə günü səhər prezidentin internet saytında yerləşdirilən videoda bildirib. "Və uzunmüddətli razılaşma əldə olunub - biz çalışacağıq ki, Ukrayna ABŞ-la birlikdə lazımi silahlar istehsal etsin. ABŞ-la müdafiə sektorunda birgə istehsal tarixi hadisədir".