Yunanıstanda gündəlik iş vaxtı uzadılıb

23-09-2023, 00:06           
Yunanıstanda gündəlik iş vaxtı uzadılıb
Yunanıstanda gündəlik iş vaxtı 13 saata qədər artırılıb.

Gununsesi.info xəbər verir ki, mübahisə doğuran qanun layihəsini Yunanıstanın İnkişaf və İnvestisiya naziri Adonis Georgiadis parlamentə təqdim edib.

Gündəlik iş vaxtının 13 saatlıq iş rejiminə keçməsini ölkənin hər yerində minlərlə işçi gecə saatlarına qədər meydanlarda etiraz aksiyaları və mitinqlərlə qarşılayıb.

Lakin parlament ölkə daxilində etirazlara səbəb olan qanun layihəsini təsdiqləyib. Tənzimləmə gündəlik iş saatının 13 saata, həftəlik iş vaxtının isə 78 saata çatdırılmasına yol açır. İstirahət günləri olan bazar günləri də qanun layihəsinə daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru