İsrail ordusu İranın Yəməndəki müttəfiqlərinin diqqəti özlərinə yönəltmək cəhdlərini görür. lakin İsrail ordusu hazırda bütün diqqətini Qəzza zolağındakı əməliyyata cəmləyib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.
O, axşam brifinqində İsrail hava hücumundan müdafiə qüvvələrinin Qırmızı dəniz səmasında hava hədəflərini ələ keçirməsi ilə bağlı məlumatları belə şərh edib.
Xatırladaq ki, bundan əvvəl Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı İsrailə qarşı bu hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü.