Rumıniya üç vətəndaşının Həmas-ın girov saxladığını təsdiqlədi 1-11-2023, 09:38 Qəzza zolağında saxlanılan girovlar arasında üç Rumıniya vətəndaşının olduğu açıqlanıb.“Qafqazinfo” xəbər verir ki, bunu Rumıniya Xarici İşlər Nazirliyi ötən gün yayılmış məlumatı təsdiqləyərkən deyib.Bildirilib ki, bu barədə Rumıniyanın Təl-Əvivdəki səfirliyi ilə əlaqə saxlanılıb:"Hər üç girovun Rumıniya-İsrail vətəndaşlığı var. Onların girovluqdan azad olunması üçün əlimizdən gələni etməliyik".Qeyd edək ki, oktyabrın 7-dən sonra HƏMAS-İsrailə qarşıdurmasında ən azı beş Rumıniya vətəndaşı həlak olub. Facebook-da paylaş