Paşinyan öz vəzifəsini qorumaq üçün hüquq-mühafizə sistemini gücləndirib - Ohanyan
2-11-2023, 08:08
Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu illərdə öz vəzifəsini qorumaq naminə, hüquq-mühafizə sistemini gücləndirib.
Bunu Ermənistanın sabiq müdafiə naziri, hazırkı müxalif deputat və Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərin əsas iştirakçılarından biri olan Seyran Ohanyan bildirib.
O, Ermənistanın baş nazirini Azərbaycanla sülh danışıqlarına görə qınayıb.
“Sərhədi gücləndirmək əvəzinə, hüquq-mühafizə sistemini gücləndirib. O (Nikol Paşinyan - red.) Ermənistanı güc mərkəzləri arasında toqquşma mərkəzinə çevirdiyi halda, xarici siyasət sahəsində bir neçə yol xəritəsindən danışır”, - hərbi cani qeyd edib.
Ohanyan iddia edib ki, əgər Ermənistanda demokratiya olsaydı, o zaman «artsaxı Azərbaycana təslim edən hakimiyyət» bu ölkənin başında olmazdı.