Yaponiyada ayıları qorxutmaq üçün robot canavarlar quraşdırılıb - VİDEO

2-11-2023, 12:54           
Yaponiyada ayıları qorxutmaq üçün robot canavarlar quraşdırılıb - VİDEO
Qırmızı LED gözləri olan və dəhşətli səslər yayan 180-ə yaxın mexanikləşdirilmiş canavar robotları vəhşi heyvanların, xüsusən də ayıların şəxsi mülkiyyətə daxil olmasının qarşısını almaq üçün Yaponiyada yerləşdirilib.

Bu barədə Ohta Seiki tərtibatçısı Ota Yuji məlumat verib.

“Hazırda heç kim canavar robotlarının effektivliyinə şübhə etmir. Biz heç bir narazılıq və ya mənfi rəylə qarşılaşmamışıq... Ölkə üzrə 180-ə yaxın “monstr-canavar” quraşdırılıb”, - deyə o bildirib.
Otanın sözlərinə görə, Yaponiyanın vəhşi təbiətinin nümayəndələri instinktiv olaraq canavarlardan qorxurlar. Buna görə də robot canavarlar silah səsləri, ulama və it hürməsi kimi səslər çıxarır.

Mənbə: ABC News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru