İsrail ordusu HƏMAS-ın cəbhə xəttini yarıb...
2-11-2023, 08:35

İsrail Müdafiə Qüvvələrinin əsgərləri Qəzza zolağının şimalında Fələstinin HƏMAS hərəkatının müdafiəsinin ön xəttini yarıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari brifinqdə bildirib.
…Yerüstü əməliyyat plana uyğun gedir. Bizim qüvvələrimiz Qəzza zolağının şimalında hücumu inkişaf etdirir.
Bunu deyən Haqarinin sözlərinə görə, İsrail hərbçiləri əməliyyatı diqqətlə planlaşdırıb, kəşfiyyat aparıb və sonra qurudan, dənizdən eləcə də havadan birləşmiş hücumlara başlayıb.
Sözçü onu da bildirib ki, nəticədə İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS-ın müdafiə cəbhəsini yarmağa müvəffəq olub.
Xatırladaq ki, İsraillə Fələstin arasında müharibə oktyabrın 7-də başlayıb. İlk günlərdə İsrail hərbçiləri canlı qüvvə və zirehli texnikada xeyli itki verib.
Yeri gəlmişkən bu arada ABŞ, Böyük Britaniya və bir sıra digər ölkələr Təl-Əvivə maliyyə eləcə də hərbi dəstək elan ediblər.