Almaniyada İsrail bayrağını yandıranlar ölkədən qovulacaqlar

3-11-2023, 11:09           
Almaniyada İsrail bayrağını yandıranlar ölkədən qovulacaqlar
“Almaniyada İsrail bayrağını yandıranlar mühakimə olunacaq və ölkədən qovulacaqlar”.

Bunu Almaniyanın vitse-kansleri Robert Habek deyib.

“Antisemitizm hər bir formada qəbuledilməzdir. Berlin və Almaniyanın digər şəhərlərində islamçı nümayişlərin miqyası dözülməzdir və sərt siyasi reaksiya tələb edir”, - o bəyan edib.

Habekə görə, İsrail bayrağının yandırılması kimi antisemit hərəkətlər cinayətdir və bunu edənlər öz hərəkətlərinin nəticələri ilə üzləşməlidirlər.
“İstənilən alman buna görə məhkəmə qarşısında cavab verməli olacaq. Əgər alman deyilsənsə, rezidentlik statusunu da riskə atırsan. Yaşayış icazəsi olmayan hər kəs bu əməli ilə deportasiya üçün əsas verir. Müsəlman qrupları özlərinin tolerantlıq iddialarını sarsıtmamaq üçün antisemitizmdən açıq şəkildə uzaqlaşmalıdırlar”, - vitse-kansler qeyd edib.

Mənbə: kommersant.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru