Tarixdə İLK: Qadın qərargah rəisi oldu

3-11-2023, 12:28           
Tarixdə İLK: Qadın qərargah rəisi oldu
ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadını - admiral Liza Françetti təyin edib.

Teref.Az lent.az-a istinadən bildirir ki, o, həm də Birləşmiş Ştatlarda Birləşmiş Qərargah Rəislərində xidmət edən ilk qadın olub.

Bundan əvvəkl general Devid Elvin ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi idi.

Liza Françettinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.

İyulun 21-də ABŞ Prezidenti Co Bayden Françettinin namizədliyini irəli sürdü, çünki "o, tarixdə ABŞ Hərbi Dəniz Qüvvələrində dördulduzlu admiral rütbəsinə yüksələn ikinci qadındır"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru