Azərbaycan heç zaman “alternativ missiya”, “yeni təhlükəsizlik tədbirləri” və “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək.

14-12-2022, 17:22           
Azərbaycan heç zaman “alternativ missiya”, “yeni təhlükəsizlik tədbirləri” və “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək.
Ermənistan hakimiyyəti bəyənmədiyi Kremlə yalvarır ki, “yolun açılmasını təmin edin”.
Ermənistan parlamentinin spikeri Alen Simonyan yalvarmaqla yanaşı Moskvanı təhdid də edir. Simonyan deyib ki, ABŞ Dövlət Departamenti və Fransa XİN Azərbaycandan yolun açmasını istəyiblər, növbə Rusiyanındır:
“Ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməz”.
Yəni demək istəyib ki, Kreml son illər Ermənistanı və erməniləri çox məyus edib, heç olmazsa bu dəfə fərqli hərəkət etsin.
Alen Simonyan daha sonra absurd və xəstə xəyallarını səsləndirməyə başlayıb:
“Rusiyanın sülh missiyasına alternativ təhlükəsizlik variantları barədə düşünməliyik. ATƏT-in Minsk Qrupunun 12 ölkəsinin missiyasını Dağlıq Qarabağa göndərmək lazımdır”.
Bu Alen Simonyanın və digər erməni rəsmilərin cəmiyyətlərini sakitləşdirmək məqsədilə səsləndirdikləri açıqlamalardır.
Özləri də anlayır ki, Azərbaycan heç zaman “alternativ missiya”, “yeni təhlükəsizlik tədbirləri” və “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru