ŞOK İDDİA! . Vasif Talıbov Rusiyanın casusudur, hələ də..

15-12-2022, 11:08           
ŞOK İDDİA! .
Bu sözləri Musavat.com-a açıqlamasında jurnalist Heydər Oğuz deyib.

O bildirib ki, "5-ci kolon" V.Talıbovu hakimiyyətə gətirmək istəyib:

“Hələ də rus hər an qayıda bilər düşüncəsi var. Təsəvvür edin ki, "5-ci kolon" V.Talıbovu hakimiyyətə gətirmək istəyib. O, ən önəmli namizədlərdən biri idi. Naxçıvan və Qarabağda eyni anda proseslərin baş verməsi təsadüfi deyil. Azərbaycanın müstəqillik yolunda irəliləməsinin qarşısını almaq üçün bu iki bölgədə vəziyyətə müdaxilə edilirdi. Qarabağın bir ayağı da Naxçıvandır. V.Talıbov bu illər ərzində kommunikasiyalardan danışıb, amma bir dəfə də olsun Zəngəzur dəhlizi ifadəsini işlətməyib".

Heydər Oğuzun sözlərinə görə, Talıbov əleyhinə ifadə verən vətəndaşlar qorxudulur:

"Naxçıvandakı şikayətçilər DTX-ya müraciət etsələr, yaxşı olar. Hesab edirəm ki, Talıbovun dövrü bitib. Naxçıvanda heç bir dövlət idarəsində Azərbaycan Respublikası adı yazılmayıb. Naxçıvan da Qarabağ kimi Azərbaycanlaşdırılmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru