Azərbaycanda referendum labüddür...

16-12-2022, 09:24           
Azərbaycanda referendum labüddür...
Rəsmi məlumat: Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir. Hicran Rüstəmov 2017-ci il yanvarında bu vəzifəyə təyin edilib.
Rüstəmov vəzifədə 5 il olub, belə çıxır ki, vəzifədə olduğu hər gün üçün 97.5 min manat vəsait mənimsəyirmiş – fantastik rəqəmdir, maraqlı olan məsələ də odur ki, NMR-nın Şəhərsalma və Arxitektura Komitəsinə 5 ildə heç o qədər büdcə vəsaiti ayrılmayıb. Daha bir düşündürücü məqam isə odur ki, Naxçıvanda Vasif Talıbovun icazəsi olmadan çayxana belə işlətmək mümkün deyil, amma gömrüklə, maliyyə nazirliyi ilə, indi də bu komitə ilə bağlı mənimsəmələrin həcmi 500 mln. manata yaxınlaşıb – bu qədər vəsaiti Talıbovsuz nəinki mənimsəmək, heç ucadan o rəqəmi Naxçıvanda söyləmək belə mümkün deyil.
Deyəsən NMR-nın statusu fərqli metodla dəyişdirilir – bütün yerli məmurları həbs edəndən, yerli qurumlar mərkəzi aparata birləşdiriləndən sonra statusun mənası da qalmayacaq.
Zarafat bir qırağa, Konstitusiya dəyişikliyi, referendum olmasa bu məsələ də “ərəb saçına” dönəcək, ölkənin yeni inzibari ərazi quruluşunun yaradılmasının, yerli özünüidarəetmə və Mer institutunun təsisinin gecikdirilməsi ölkəyə ciddi ziyan vurur, həm də elə Xankəndi məsələsinin kökündən həllinə də mane olur...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru