Azərbaycan hara gedir? Bu qədər nahaqla… - Aygün Muradxanlı yazır...

22-02-2023, 09:18           
Azərbaycan hara gedir? Bu qədər nahaqla… - ·
Ramiz Novruz vəfat etdi. Allah rəhmət eləsin. Xalq artisti, prezident təqaüdçüsü, Azərbaycanın teatr məbədi sayılan Akademik Milli Dram teatrının aktyoru Ramiz bəyi evindən götürdülər. Sənət üçün bacardığını edən sənətkara səhnə ilə, sənət dostlarını onunla teatrda vidalaşmağa qoymadılar. Kim? Kim olacaq? Teatrın qapısına qıfıl vuran Azərpaşa Nemətov, dilinin qıfılı götürülməyən nazir Adiı Kərimli. Heç cür anlamıram ki, nədən Azərbaycanda vəzifə sahibləri pislik etməyə bu qədər həvəslidirlər? Guya bilmirlər ki, buna görə yüzlərlə, minlərlə insan onlara neqativ göndərir? Bilirlər, amma etdiklərindən qalmırlar…
Ahıl yaşına varan, Azərbaycan teatrını minib çapan Azərpaşa Nemətov haqqında hələ 1 adamdan xoş söz eşitməmişəm. Yəqin bugünkü əməlini eşidənlər ən yaxşı halda “76 yaşı var, elə bil özü ölməyəcək” deyiblıər. Adil Kərimlinin isə vəhabi olduğu xəbərini aldım. Musiqi, incəsənət, bütünlükdə sənət adına hər nə varsa hamısına haram deyəndən mədəniyyət naziri olar??? Vəhabilər ölən üçün ağlamağı, yas tutmağı, qalıcı məzarı “din”dən kənar sayırlar. Adamı insan edən hər nəsnəni…
Bu gün xalq artistinə adına layiq vida keçirilməməsini tənqid edənlərin çıxışı zamanı İTV-nin də canlı yayımı kəsilib. Olmaz.., vəhabi nazirin, sənətkarların qəsdinə duran Azərpaşanın xətrinə dəyər…
Ramiz Novruzun getdiyi yer bəllidir - Haqqın dərgahı. Azərbaycan hara gedir? Bu qədər nahaqla…
Aygün Muradxanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru