Kefin olsun ay MEDİA: “Bütün ölkə məni aparıcı kimi tanıyır, Media Reyestri isə yox” – Nigar Sabirqızı

23-02-2023, 00:01           
Kefin olsun ay MEDİA:
“Bir müddət əvvəl Media Reyestrində jurnalist kimi qeydiyyata düşmək üçün müraciət etmişdim. 9 gün sonra cavab gəldi ki, ali təhsil və əmək fəaliyyəti haqqında məlumatlarınız sistem üzərindən tam inteqrasiya olunmadığından diplomunuzun və əmək kitabçanızın notarial qaydada təsdiqlənmiş surətlərini Agentliyə təqdim etməlisiniz”.

TEREF.AZ-ın yazdığına görə, Yeniavaz.com xəbər verir ki, bu sözləri İctimai TV-də departament rəhbərinin müavini, aparıcı Nigar Sabirqızı öz feysbuk hesabında paylaşıb.

“Daha sonra da zəng etdilər ki, siz İctimai TV-də departament rəhbərinin müavini olduğunuzdan jurnalist kimi qeydiyyata düşə bilməzsiniz. Birincisi, əgər mənim diplom və əmək kitabçam sistemə inteqrasiya olunmayıbsa, bu mənim günahımdır? Zəhmət çəkin, özünüz salın və ya müvafiq yerlərə müraciət edin! İkincisi, bəli, mən İctimai TV-də departament rəhbərinin müaviniyəm. Amma həm də aparıcıyam. Bütün ölkə məni aparıcı kimi tanıyır, media isə yox.

Deməli, mən 15 ildir boş yerə aparıcılıq etmişəm. Üçüncüsü, müraciət etdiyim gün mediaya bank hesabımdan 20 manat ödəmişəm. Müraciətimə rədd cavabı gəlsə də, 20 manatımı qaytarmayıblar. Bunun üçün əlavə bank hesabı açmalıyammış. Və bu durumla üzləşən yalnız mən deyiləm. Bir sözlə, media deyil, komediyadır. Bürokratiya ilə mübarizə aparmalı olan medianın özü bürokratiya yaradır. Siz mediadan nə gözləyirsiz?”, – deyə aparıcı bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru