Naxçıvanda 100-lərlə tibb personalı işdən çıxarılır

22-08-2023, 08:04           
Naxçıvanda 100-lərlə tibb personalı işdən çıxarılır
Naxçıvanda iki yüzdən artıq tibb işçisindən ərizə yazıb, işdən çıxmaları tələb olunur. Bu tələbin Naxnıvan MR Səhiyyə Nazirliyindən gəldiyi bildirilir. İşdən çıxarılmaqla təhdid olunanalar bu yaxınlarda ləğv olunub, Naxçıvan MR Xəstəxanasına birləşdirilən Kardiologiya Mərkəzinin tibb bacıları, sanitarkaları və texniki heyətə daxil olan əməkdaşlarıdır. TEREF.AZ yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a onların özləri məlumat verib.
Şikayətçilərin sözlərinə görə, ərizə yazmaq üçün onlara avqustun axırına kimi vaxt verilib. Tibb bacılarında S. Səfərova deyir ki, onlardan işdən çıxmaqla bağlı ərizəni həkimlərin əli ilə tələb edirlər:
„Səhiyyə nazirinin səlahiyyətlərini həyata keçirən Samiq Sadıqovun göstərişi ilə baş verir. O bütün baş həkimlərə tapşırıb ki, ayın sonuna kimi ərizələrimiz alınsın. Həkimlərin hamısı birləşdirilən Respublika Xəstəxanasında işlə təmin olunub. Biz bədbəxtləri isə, işdən çıxarırlar. Halbuki, bağlanmadan öncə söz vermişdilər ki, hamı orada işlə təmin olunacaq. Nə edəcəyik, necə dolanacağıq, bilmirik. Samiq həkim büdcə hesabına 130 minlik maşına oturub kef edəcək, bizi isə, büdcədə pul yoxdur deyib, işdən çıxaracaqlar. Hanı ədalət?“
“Naxçıvan MR Kardioloji Mərkəzi” publik hüquqi şəxs ötən ayın sonları ləğv olunub və „Naxçıvan MR Xəstəxanası” publik hüquqi şəxsə birləşdirilib. Rəsmi məlumata görə, məqsəd ürək xəstələrinə daha operativ və zamanında tibbi müdaxilə etməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.