MİDA şikayətləri fərdi olaraq cavablandırmağa üstünlük verib

22-08-2023, 08:24           
MİDA şikayətləri fərdi olaraq cavablandırmağa üstünlük verib
MİDA-nın ötən ay baş tutan onlayn satışında əvvəllər müşahidə olunan sistemin çökməsi, kiber hücumlar və girişlə bağlı problemlər olmasa da xeyli narazılıqlar və şikayətlər vardı.
MİDA özü də bu şikayətlərin qəbulu ilə bağlı açıqlama yaymışdı.
Xatırlayıram ki , əsas narazılıqlar və şikayətləri aşağıdakı kimi qruplaşdırmaq olardı :
1. Sistemə daxil olduqdan sonra mənzil seçimində donmalar
2. CAPTCHA doldurmadan növbəti mərhələyə keçidin mümkünlüyü
3. CAPTCHA-nın kodlarındakı hansısa rəqəmi seçdikdə real olaraq digər rəqəmin seçildiyi görsənirdi
İndi görünür ki, MİDA əlaqədar qurumlarla birgə araşdırma apardıqdan sonra şikayətçilərə fərdi qaydada cavablar göndərməyə üstünlük verib.
Fikrimcə bu tip araşdırmanın yekunu ilə bağlı məlumatlar ictimai əhəmiyyət kəsb edir və cəmiyyət üçün maraqlıdır.
Bir çox şikayətlər, təqdim olunan materialar ədalətli seçimlə bağlı problemlərin olduğundan şübhələnmək üçün əsaslar yaradırdı.
Bəzən isə belə fikirlər səslənirdi ki, sosial mediada yayılan şikayət xarakterli bəzi videolar süni olaraq yaradılır.
Düşünürəm ki, məhz bu baxımdan MİDA-nın şikayətlərin və müraciətlərin yekunu olaraq ümumiləşmiş bir rəsmi açıqlama verməsi də doğru olardı və bu, sistemə qarşı cəmiyyətdəki narahatçılıqlara aydınlıq gətirə bilərdi.
Xatırladıram ki, MİDA-nın sonuncu satışla bağlı rəsmi statistikasından görsənirdi ki, ilk mənzil seçimi 29-cu saniyədə baş tutub.
Bundan öncəki satışda isə seçim 31-ci saniyədə baş tutmuşdu.
Ümumiyyətlə isə, düşünürəm ki, MİDA onlayn mənzil satışının təkmilləşdirməsi, ictimai nəzarət imkanları və şəffaflğın təmin edilməsi, ədaləti seçimin baş tutması, alternativ seçim imkanlarının yaradılması üçün ciddi addımlar atmalı, köklü dəyişikliklər etməlidir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.