Qarabağda daxili münaqişəyə dair xəbərlər yayılır

23-08-2023, 11:08           
Qarabağda daxili münaqişəyə dair xəbərlər yayılır
Bəzi Ermənistan informasiya vasitələri Qarabağda “humanitar fəlakətlə yanaşı“ daxili siyasi vəziyyətin də gərginləşdiyini bildirirlər.

News.am saytının “keçmiş Qarabağ dövlət naziri Ruben Vardanyana” istinadən yazdığına görə, bunun səbəbi “Arayik Harutyunyanın prezident vəzifəsindən” istefa vermək niyyəti olub. Lakin sonradan Arayik Harutyunyanın istefa vermək fikrində olmadığı məlum olub.

“Artsaxda vəziyyət o qədər gərginləşib ki, bu yaxınlarda bir qrup hərbi geyimli şəxs Artsaxın parlament binasına soxulub”.

Bu məlumatı parlamentin “Ədalət” fraksiyasının deputatı Metakse Hakopyan da təsdiqləyib, agentlik bildirir.
Məlum olub ki, “Qarabağ yığma qoşununun” komandiri Karen Matevosyan bir dəstə silahdaşları ilə birlikdə binaya daxil olaraq “parlamentin yeni seçilmiş rəhbəri David İşxanyandan prezident Arayik Harutyunyanı” təhqir etdiyinə görə hesabat tələb ediblər.

Sosial platformalarda narahatlıqlarını ifadə edən “Artsaxın fəal vətəndaşları” onlara zəng vuraraq təhdid etməyə başlayıblar. Karen Matevosyan bazar ertəsi günü Facebook-da birbaşa ünsiyyət zamanı təhdidlərin bundan sonra da davam etdiriləcəyi haqqında xəbərdarlıq edib.

Qarabağda daxili siyasi vəziyyətlə bağlı məlumatında “Faktİnfo” nəşri isə öz mənbələrinə istinad edərək yazır ki, “onlar vəziyyətdən iki çıxış yolunu görürlər”: ya Arayik Harutyunyan təcili istefa verməlidir, ya da Ağdam vasitəsilə "Artsaxa ərzaq tədarükü" başlayacaq.

Anonim mənbə əlavə edib ki, Harutyunyanın istefa vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə Qarabağa ərzaq məhsullarının idxalı məsələsi hakimiyyətin gündəmindədir.

Faktinfo-nun məlumatına görə, Qarabağda hökumət komandası yaradılıb və o, yaxın günlərdə, sabah və ya o biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Görüşün Azərbaycanın "Bərdə şəhərində baş verəcəyi" iddia olunur.

Bir qrup erməni sakin Qarabağı tərk edib
Çərşənbə axşamı günü Qarabağda yaşayan bir qrup erməni sakin Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedib.

Bu son bir ayda Qarabağda yaşayan erməni sakinlərin ikinci dəfə qrup şəklində Ermənistana keçməsidir, ilk qrup sərhədi dünən keçib.

İctimai televiziyanın canlı yayımladığı görüntülərdən bu gün sərhədi keçənlərin əksəriyyətinin gənclər, azyaşlılar olduğu görünür.

"Sərhəddən özü keçənlərlə yanaşı "Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri ilə Qarabağdan içərilərində xəstə şəxslərin olduğu insanlar da Ermənistana aparılıb", İctimai TV bildirib.

Yerli mətbuat xəbər verir ki, bu gün yüz nəfərin Azərbaycandan Ermənistana keçəcəyi planlaşdırılıb.

İctimai TV-nin məlumatına görə, bu gün sərhədi keçənlərin iki çantası müsadirə olunub.

"Çantalardan birinin üzərində tanınmamış Dağlıq Qarabağ Respublikasının xəritəsi olub. O biri çantada isə qızıl zinət əşyalarının miqdarı çox olub", - İctimai TV-nın müxbiri canlı yayımda bildirib.

Ötən gün Qarabağdakı yerli hakimiyyətin nümayəndələri bildiriblər ki, Rusiya sülhməramlıları iyunun 14-dən bəri ilk dəfə olaraq 41 Rusiya vətəndaşının və Qarabağlı tələbələrin Laçın keçid məntəqəsindən Ermənistana daşınmasını təmin edib.
Ötən gün daha bir qrup Qarabağdan Laçın sərhəd keçid məntəqəsi vasitəsiylə Ermənistana keçib.

Videoya YouTube kanalımızda baxın.

Onların keçidini yerli media yaxından izləyib. Qarabağı tərk edənlərin bəzilərinin erməni əsilli Rusiya vətəndaşları olduğu bildirilir.

Sərhədi keçən şəxsləri Rusiya sülhməramlıları müşayiət edib. Laçın sərhəd-buraxılış məntəqəsini keçən sakinlərin sənədləri və yükləri yoxlanılıb.

Ermənistan Azərbaycanın Laçın yolunu bağlaması ucbatından Qarabağdakı ermənilərin aclıqla üzləşdiyini bildirir.

Azərbaycan bu iddiaları rədd edir.

BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.