Erməni mətbuatı və sosial şəbəkələri Elen Arstamyana kin və qəzəb "qusur" - Azərbaycan televiziyasına açıqlama verdiyi üçün

23-08-2023, 11:38           
Erməni mətbuatı və sosial şəbəkələri Elen Arstamyana kin və qəzəb "qusur" -
Məlum olduğu kimi, iki gün öncə 60-a yaxın erməni əsilli şəxs Qarabağdan Xankəndi-Gorus “Laçın” sərhəd-buraxılış məntəqəsilə keçid edərək, sərbəst şəkildə Ermənistana yollanıblar. Həmin şəxslərdən biri - Elen Arstamyan adlı qız Azərbaycan televiziyalarından birinə açıqlama verərək, sərhəd-keçid məntəqəsindən sərbəst keçidin təmin olunmasından razılığını ifadə edib. E.Arstamyan hər şeyin yaxşı olduğunu, azərbaycanlıların göstərdiyi münasibətdən razı qaldığını qeyd edib.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında və sosial şəbəkələrin erməni seqmentində 17 yaşlı E.Arstamyana qarşı olduqca çirkin, təhqir və təhdid dolu kampaniya müşahidə olunmaqdadır. 44 günlük müharibədə və ondan sonrakı dövrdə “tuman altında gizlənən” erməni “kişiləri” həmin qızın ünvanına əxlaqa, insanlığa sığmayan təhqirlər yağdırırlar, onu satqınlıqda, xəyanətdə günahlandırırlar.

İş o yerə çatıb ki, Qarabağdakı separatçı qurumun qondarma “ombudsmanı” Qeqam Stepanyan “E.Arstamyana qarşı hücumları dərhal dayandırmağı” tələb edən çağırış edib. Öz sosial şəbəkə səhifəsində bununla bağlı paylaşım edən Stepanyan bildirib ki, Arstamyanı təhqir və təhdid edən ermənilər “Azərbaycanın təbliğat maşınına” xidmət etmiş olurlar.

“Ombudsman” iddia edib ki, azərbaycanlı jurnalistin erməni qızına yaxınlaşaraq, məlum sualları verməsi əvvəlcədən planlaşdırılıbmış və burada “Azərbaycan təbliğat maşını”nın məqəsədi ermənilərin “Laçın” postundan sərbəst keçidinin təmin olunduğunu təbliğ etməkdir. Həmin qızın ermənilər tərəfindən təhqir edilməsi isə guya Azərbaycanın maraqlarına uyğundur və bir daha ermənilərin qərəzli olduğuna dair təsəvvür yaradır.

Bununla da adi həqiqəti söyləyən 17 yaşlı qızı belə linç etməyə hazır olan erməni cəmiyyəti necə sağalmaz, ifrat millətçilik, nifrət, saxtakarlıq xəstəliyinə yoluxduğunu növbəti dəfə göstərmiş oldu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.