Prezidentin icra edilməyən tapşırıqları

24-08-2023, 09:14           
Prezidentin icra edilməyən tapşırıqları
Prezidentin icra edilməyən tapşırıqları :
1. Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası indiyədək təsdiqlənməyib.
İki ildən çoxdur ki, təsdiq gözləyir.
Prezidentin 21 aprel 2021-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti 4 ay müddətində hazırlayıb Prezidentə təqdim etməliydi
2. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası indiyədək təsdiqlənməyib.
Prezidentin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə işçi qrup yaradılıb. Qrupa rəqəmsal inkişaf və nəqliyyat naziri rəhbərlik edir.
6 ay müddətində Prezidentə təqdim edilməliydi
3. Azərbaycanın İnnovasiya strategiyası, 4 ildən çoxdur ki, təsdiq gözləyir.
Prezidentin 10 yanvar 2019-cu il tarixli fərmanı ilə 5 ay müddətində hazırlanması Prezident Administrasiyasına tapşırılmışdı
4. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası indiyədək təsdiqlənməyib.
5 ildir ki bu layihə təsdiqlənə bilmir. Prezidentin 27 aprel 2018-ci il tarixli sərəncamı ilə hazırlanmasına tapşırıq verilmişdi.
5. Milli Süni İntellekt Strategiyası
6. Dövlətə məxsus datanın idarə edilməsi üzrə strategiya və s.
Bu qeyd edilən və edilməyən bir çox konseptual sənədlərin layihələrinin hazırlanmasına məsul olanlar dəfələrlə açıqlayıblarki, layihərlər hazırdı və razılaşdırmalara verilib.
Və bununla da , adı çəkilən layihələr necə deyərlər "qaranlıq quyuya düşüb".
Müşahidələr göstərir ki, son illərdə "razılaşdırmalara verilib" ifadəsi artıq çox böyük ehtimalla həmin layihənin ya batması anlamına gəlir, yaxud da uzun müddət ləngiyəcəyini göstərir. Yalnız ən yüksək səviyyədə reaksiyalar bu tip sənədlərin qəbulunu irəlilədə bilir.
Bəzən isə bir-biri ilə soyuq münasibətdə olan mərkəzi icra qurumlarının bilərəkdən digər qurumların müəllifi olduğu layihələri ləngitməsi haqqında iddialar səslənir.
Ümid edirəm Prezident Administrasiyasında Prezidentin Fərman və Sərəncamlarının icrasına nəzarət üzrə elektron sistemdə yuxarıda qeyd etdiklərimin indiyədək icra edilməməsi də görsənir.
Görəsən həmin elektron sistemdə bu qeyd olunanların icra edilməməsi səbəbi olaraq nələr qeyd edilib ?
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.