Azərbaycanın Orta Asiya Respublikaları ilə iqtisadi münasibətləri rəqəmlərlə ifadədə çox zəifdir,

24-08-2023, 10:34           
Azərbaycanın Orta Asiya Respublikaları ilə iqtisadi münasibətləri rəqəmlərlə ifadədə çox zəifdir,
Azərbaycanın Orta Asiya Respublikaları ilə iqtisadi münasibətləri rəqəmlərlə ifadədə çox zəifdir, potensial böyükdür, amma istifadə edilmir – səbəbi isə xroniki “xəstəliklərdən” doğur. Ölkəmiz xammala söykənən ixrac, “məmur kapitalizminə” arxalanan idxal modelindən qurtula bilmir, və ya, istəmir.
Bu modeldən uzaqlaşmaq üçün iqtisadi azadlıqlar, rəqabətli mühit, ədalətli məhkəmə sistemi lazımdır, bu isə indiki idarəetmə modelində mümkün deyil.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan səfəri davam edir, yeni müqavilələr imzalanıb, gəlin iki ölkə arasında iqtisadi münasibətlərə rəqəmlərin “gözü” ilə baxaq: 1) 2022-ci ildə qarşılıqlı ticarət dövriyəsi cəmi 183,2 mln. dollar olub, biz Özbəkistana 46,4 mln. dollarlıq mal satmışıq, Özbəkistanın ixracı isə 136,8 mln. dollar olub, yəni, bu ölkə ilə ticarət balansımızda mənfi saldo 90,4 mln. dollar təşkil edib, 2) Bu ilin yanvar-iyul aylarında qarşılıqlı ticarət dövriyyəmiz 94,3 mln. dollar olub – biz cəmi 26,6 mln. dollarlıq mal satmışıq, Özbəkistanın ölkəmizə ixracı isə 67,7 mln. dollar olub, yəni, yenə mənfi saldo 41,1 mln. dollardır.
Keçən ilin yanvar-iyul ayları ilə bu ilin eyni dövrünü müqaisə edəndə görürük ki, ticarət dövriyyəsi bu il azalıb – keçən il 104,1 mln. idi, bu il 90,4 mln. olub.
Bu gün MDB ölkəri, Orta Asiya Respublikalarının hamısı ilə (bir tək Gürcüstandan başqa, ora da qaz və neft-neft məhsulları satırıq) qarşılıqlı ticarət dövriyyəmizdə mənfi saldo var – çünki, onlara neft-qaz satmırıq, enerji sektorindan başqa da sata biləcəyimiz məhsulumuz azdır.
Azərbaycan üçün unikal şans yaranıb: Məmləkətdə hüquqi və rəqabətli sistem qura bilsək nəinki Türk Respublikalarını birləşdirən nəqliyyat dəhlizinə, həm də Şərq-Qərb nəqliyyat “xabına” çevrilmək imkanımız var. Azərbaycan Türkiyə və Orta Asiya Türk Respublikaları ilə birlikdə böyük bazarın tərkib hissəsi, fraqmentalaşan dünyanın cazibə mərkəzlərindən biri ola bilər. Amma bu sistemlə yox, ölkənin satmağa neft-qazdan başqa çox az məhsulu var, nəsə sata bilmək üçün istehsal artmalıdır, istehsalın artımı doğru vargi-gömrük, pul-kredit siyasətindən asıldır, keyfiyyətli olması rəqabətli mühitlə bağlıdır, rəqabətli mühit isə ancaq hüququn üstünlüyü ilə mümkündür, hüququn üstünlüyü məmur biznesinin çökməsi ilə baş verə bilər. Belə...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.