Qarabağ ermənilərinə humanitar yardım üçün Ermənistana mesaj - VİDEO

24-08-2023, 12:54           
Qarabağ ermənilərinə humanitar yardım üçün Ermənistana mesaj - VİDEO
Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını ödəmək üçün Ağdam Xankəndi yolunu təklif edib. Lakin Qarabağdakı separatçılar təxribatçı addımlarının qarşısı alınacaq deyə sözügedən yola qarşı çıxırlar. Hətta beynəlxalq təşkilatları bu iftiralara alət edirlər. Halbuki logistika baxımından bu yol Laçın marşrutundan daha əlverişlidir.

Üstəlik, nəzərə alsaq ki, Ağdamdan Xankəndiyə cəmi 26, İrəvandan Xankəndiyə isə 330 kilometrdir, deməli, bu yolun üstünlüyünə şübhə yoxdur.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam Xankəndi yolu vasitəsilə Qarabağın erməni sakinlərinə humanitar yüklərin çatdırılmasına dəstək verməyə hazır olduğunu bildirib və cəmiyyət bu istiqamətdə bütün potensialını səfərbər edib.
Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.