"Qanuni"ləşdirilmiş qanunsuz soyğunçuluq - Hadisənin Bakı konsertində camaatı soydular / FOTOLAR

27-08-2023, 10:28           
"Qanuni"ləşdirilmiş qanunsuz soyğunçuluq -
Türkiyə müğənnisi Hadisə Bakıya gəlib. O, “Dalğa beach”də konsert proqramı ilə çıxış edir. Konsert açıq havada olduğu üçün tamaşaçılar özləri ilə su gətiriblər.

Globalinfo.az xəbər verir ki, girişdə mühafizə xidməti hər kəsdən suları yığıb.

İnsanlar da məcbur qalıb əllərində tutduqları suyu zibil qutusuna atıb.
Konsert keçirilən yerə daxil olduqda isə suyun qiymətini görənlər şok olub. Mağazalarda qiyməti 40-50 qəpik olan yarım litr adi sular burada 3 manata satılır. Əksər dinləyicilər də məcbur qalır həmin suları bu qiymətə almalı olur.

Maraqlıdır, qanun buna nə deyir?

Globalinfo.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev deyib ki, hər hansı tədbirə əldə su ilə getmək qanun pozuntusu deyil.

“İstənilən konsertdə, tədbirdə, restoranda, obyektdə vətəndaşın, tamaşaçının əlindən suyun və digər içəcəklərin alınması qanunsuz və əsassızdır. Həmin insanlar mənəvi zərərə görə şikayət vermək hüququna malikdirlər.

Vətəndaşlar bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilərlər”,- deyə hüquqşünas deyib.
Konsertin təşkilatçılarının mövqeyini dərc etməyə hazırıq.



Tamaşaçılardan zorla və qanunsuz şəkildə alınan sular












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.