Rusiya isə istifadə müddəti bitənin ya proseslərdən çəkib, yaşamağına şərait yaradır, ya da öldürür.

14-09-2023, 00:03           
Rusiya isə  istifadə müddəti bitənin ya proseslərdən çəkib, yaşamağına şərait yaradır, ya da öldürür.
Regionda baş verənləri nə desəniz adlandırmaq olar, bir tək blef kəlməsi xaric. Çünki bu boyda blef olmaz.
Azərbaycanın mövqeyi konkretdir. Ermənistanın gələcəyi təhlükə altındadır.
Paşinyan hər halda həftə səkkiz mən doqquz Ermənistanın gələcəyini gündəmə gətirmir.
Ermənistan çalışırdı ki, Azərbaycanla Rusiyanı üz-üzə qoysun. Düzü nunu bacarmışdılar da. İndi vəziyyətə baxırsan, Rusiya ilə Ermənistan üz-üzə qalıb. Ermənistan fürsətdən yararlana bilmədi, cəhdləri boşa çıxdı. Hesab edirəm ki, Azərbaycan bu fürsəti boşa verməyəcək və yararlanacaq.
Rusiya Ermənistanı bağışlamayacaq. Konkret Putin Paşinyanı cəzasız qoymayacaq. Putin Paşinyanı Saakaşvilinin indiki gününə salsa heç təəccüblənmərəm.
Qərblə Rusiya arasında ən böyük fərq istifadə müddətinin sonunda davranışdır. Qərb istifadə müddəti bitəni ortada qoyub gedir. Rusiya isə ya proseslərdən çəkib, yaşamağına şərait yaradır, ya da öldürür. Saysız misallar çəkmək olar buna.
Qısa şəkildə ən ağır ehtimalımı yazım. Yeni münaqişə ocağı yaransa təəccüb etməyəcəm.

Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.