Kamal Abdulla qaydaları dəyişdi- Narazı tələbələrlə bağlı islahatlar

9-06-2017, 00:14           

Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

teref.az Lent.az-a istinadən xəbər verir ki, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir:

- Yay məktəbi tam pulsuz olacaq;

- Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq;

- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq;

- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq;

- Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq;

- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları həmin kitabı gətirib verəcək;

- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsirlərində köməklik olunacaq;

- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq;

- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək;

- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.