24 yaşlı milyonçu binanın damından küçəyə dollar səpələdi - VİDEO

18-12-2018, 08:46           
24 yaşlı milyonçu binanın damından küçəyə dollar səpələdi - VİDEO
Çində indiyədək görünməmiş hadisə baş verib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 24 yaşlı milyonçu Vonq Çinq Kit binalardan birinin damına çıxaraq küçəyə dollar (Honq Konq dolları) səpələməyə başlayıb. Ətrafdakı insanlar dərhal yerə tökülən pulları yığmağa başlayıblar.

Milyonçunun qeyri-adi hərəkəti yaxınlıqdakı küçələrdə maşınların hərəkətinin dayanmasına və tıxaca səbəb olub.

Məsələdən xəbər tutan polis əməkdaşları əraziyə gəliblər. Onlar küçəyə səpələnmiş pulların bir hissəsini yığaraq, kripto-milyoner kimi tanınan gənci saxlayaraq polis idarəsinə aparıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru