"British Airways"in açarı unudan pilotu təyyarəyə pəncərədən girib - VİDEO

16-01-2019, 07:31           
"British Airways"in açarı unudan pilotu təyyarəyə pəncərədən girib - VİDEO
Londonun Hitrou hava limanında "British Airways" aviaşirkətinin pilotu təyyarənin kabinəsinə pəncərədən daxil olub və ehtimal ki, açarı evdə unudub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, videokadrları sosial şəbəkəyə Conni adlı pilot yerləşdirib və altından yazıb:

"İşə gecikəndə açarları evdə unutduğun an...".

Sosial şəbəkə istifadəçiləri pilotun hərəkətindən təəccübləniblər. Onlardan biri yazıb ki, kommersiya tipli təyyarələrdə qapılar açarla bağlanmır.

Nəşr aviasiya saytına istinadən yazır ki, açar yalnız kiçik təyyarələrdə istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru