İsrail vətəndaşları Yaponiyada 4 ton qızılın qanunsuz idxalına görə həbs edilib

23-01-2019, 08:17           
İsrail vətəndaşları Yaponiyada 4 ton qızılın qanunsuz idxalına görə həbs edilib
Yaponiya polisi 4 ton qızılın (təxminən 20 milyard ien – demək olar, 183 milyon ABŞ dolları) idxalında şübhəli bilinən iki İsrail vətəndaşını həbs edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Bildirilir ki, onlar qiymətli metalı Honkonqdan Tokionun Narita Beynəlxalq Hava Limanı vasitəsilə, avtomobillərin ehtiyat hissələrinin olduğu yeşiklərdə gətiriblər.

İstintaqın rəyinə görə, həbs edilənlər 2017-ci ildən qaçaqmalçılıqla məşğul olublar. Onlar azı 50 dəfə Yaponiyaya qanunsuz qızıl daşıyıblar.

Saxlanılanlar Tokioda yaşayırlar. Onlar kiçik şəxsi şirkətlərin rəhbərləridir.

Daha əvvəl Yaponiyanın baş naziri Sindzo Abe bildirib ki, Cənubi Kuril adalarının bir hissəsinin Tokioya veriləcəyinə təminat olarsa, o, Rusiya ilə sülh müqaviləsi bağlamağa razıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru