Rusiyanın əhalisi 10 ildə ilk dəfə olaraq azalıb

24-01-2019, 08:26           
Rusiyanın əhalisi 10 ildə ilk dəfə olaraq azalıb
Rusiyanın daimi əhalisinin sayı 1 yanvar 2019-cu il tarixinə 146 milyon 794 min nəfər təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Federal Xidməti məlumat yayıb.

Materialdan məlum olur ki, ötən il ərzində azalma təqribən 87 min nəfər təşkil edib. Belə ki, 2018-ci ilin əvvəlində Rusiyada 146,880 mln. vətəndaş yaşayıb.

Sonuncu dəfə əhalinin sayında azalma 2009-cu ildə qeydə alınıb. Ondan sonra göstərici artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru