Şok iddia: Prezident seçicilərə 74 milyon paylayıb

9-02-2019, 08:41           
Şok iddia: Prezident seçicilərə 74 milyon paylayıb
Ölkənin hazırki Prezidenti Pyotr Poroşenko seçicilərə 2 milyard qrivna (təxminən 74 milyon dollar) həcmində rüşvət paylayıb.

Axar.az xəbər verir ki, bu sözləri Ukraya prezidentliyinə namizəd Anatoli Qritsenko deyib.

O bildirib ki, sözügedən məbləğ Ukrayna federal büdcəsindən oğurlanıb və mövcud liderlərin mövqeyinin möhkəmləndirilməsi yolunda xərclənir:

“Poroşenko öz pulunu xərcləməz. İnsanları təkrar satın almaq və yaltaq etmək üçün xərclədiyi pullar bizimdir”.

Qritsenko əlavə edib ki, Ukrayna Prezident Administrasiyasının rəhbər müavini Vitali Kovalçuk və Ali Radanın deputatı Sergey Berezenko məhz bu vəsaiti düzgün şəkildə yönləndirilməklə təlimatlandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru