Sərkisyana zərbə: holdinq fəaliyyətini dayandırdı

9-02-2019, 09:56           
Sərkisyana zərbə: holdinq fəaliyyətini dayandırdı
Ermənistanın böyük media holdinqlərindən olan “PanArmenian Media Qrup” fəaliyyətini dayandırıb.

Axar.az xəbər verir ki, buna səbəb holdinqin səhmdarlarının dəyişməsi olub. Belə ki, media holdinqin tərkibində yer alan ATV televiziyasının səhmlərinin 51%-i PanArmenian TV-nin rəhbəri David Avetisyana, 49%-i isə “Panarm İnc.” şirkətinə verilib.

Holdinqdəki Armenia TV və “Radio jan” şirkətləri isə “Komedi Klab Prodakşın”ın təsisçisi Artur Canibekyanın ixtiyarına keçib.

Qeyd edək ki, “PanArmenian” media holdinqi Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyana məxsus olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru