Yerin altında nəhəng okean aşkarlandı – Şok

3-01-2016, 23:07           
Yerin altında nəhəng okean aşkarlandı – Şok
Araşdırmaçılar Yer mantiyasının 600 km dərinliyində su hövzəsi aşkar ediblər. Onun ölçüləri o qədər böyükdür ki, bu hövzəni doldurmaq üçün Yer kürəsində mövcud olan bütün okeanların suyundan 3 dəfə artıq su lazımdır. Axar.az xəbər verir ki, tədqiqatın müəllifi Alberta Universitetinin professoru Qrem Pirsondur.
Bu qəribə tapıntı onu sübut edir ki, su Yer kürəsinin təkindən, torpağın alt qatından dövr edərək Yerin səthinə çıxıb. Bu isə öz növbəsində suyun Yerə milyon il öncə buz kometaları vasitəsilə gəldiyi nəzəriyyəsini inkar edir.
Aparılan çoxsaylı tədqiqatlardan sonra alimlər açıqlayıblar ki, Yerin alt və üst mantiyaları arasında Yer səthindən təqribən 400-660 km arasındakı ərazidə böyük su hövzəsi mövcuddur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru