Beyləqana başçı göndəriləcək şəxsin kimliyi bəlli oldu - Alxasov Qusardan gedir...

7-01-2016, 17:10           
Beyləqana başçı göndəriləcək şəxsin kimliyi bəlli oldu - Alxasov Qusardan gedir...
Az əvvəl məlumat verərək bildirmişdik ki, 4 rayonun icra hakimiyyətinin başçısı vəzifələrindən azad olunacaq.

Xəbərdə qeyd etmişdik ki, onlardan biri Beyləqan RİH rəhbəri Vaqif Abdullayevdir.

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, artıq Vaqif Abdullayevi əvəz edəcək şəxsin kimliyi bəllidir. Mənbənin söylədikləri:

"Hazırda Qusar rayonuna rəhbərlik edən Şair Alxasovun Beyləqana göndərilməsi planlaşdırılır. Hələlik belə bir ideya var".

Qeyd edək ki, Alxasov 2007-ci ildən Qusara rəhbərlik edir və o, həmin postda artıq 2-ci limit dönəmini bitirmək üzərədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru