Bahalaşma yenidən başlandı - FOTOLAR
8-01-2016, 16:50
İki gündür ki, ölkədə dolların qiyməti sürətlə artır. Yanvarın 6-da valyutadəyişmə məntəqələrində satışı 1.70 manat olan dollar bu gün 1,82 manatdır.
Dolların qiymətinin qalxması yenidən bazarda bahalaşmaya səbəb olub. Bu gün ilk olaraq siqaretin qiyməti 25 faiz bahalaşıb. Artıq ərzaq, ekektron və tikinti mallarının da qiymətində dəyişikliklər edilir.
Musavat.com xəbər verir ki, sahibkarlar malların yeni qiymətini dolların indiki kursuna uyğun olaraq müəyyənləşdirirlər.
"Dekabrın 21-dəki devalvasiyada dolların kursu 1.55 manat idi. İndi isə bazarda dollar 1.82 manatdır. Bu da bizim işimizə əlbəttə ki, təsir edir" - deyə elektron malların satışı ilə məşğul olan Nicat Məmmədov deyir.
"Kontakt electroniks" mağazasında artıq qiymətlər dəyişib. İphone 6 (16 Gb) 1439-1499 manata satılır. Bu isə dünənki qiymətdən 100-120 manat bahadır. Mağazada olarkən bütün malların qiymətinin yenisi ilə əvəz olunduğunun şahidi olduq.
Üz tutduğumuz "İntegral Plus" məişət texnikası mağazasında isə qiymətlər dəyişməmişdi. Lakin mağazanın əməkdaşları bildirdilər ki, malların qiymətinin qalxacağı gözlənilir. Bu dolların kursuna uyğun olaraq müəyyəmləşdiriləcək.
"Bu gün dolların məzənnəsi 1.82 manatadək yüksəlib. Bütün bu mallar ölkəyə dollarla gətirilir. Təbii ki, qiymətlər dolların kursuna uğun hesablanacaq. Ən geci sabah qiymət artımı özünü göstərə bilər" - deyə mağazanın əməkdaşı bildirdi.
"Samsung" mağazalar şəbəkəsi də qiymətlərin qaldırılacağının anonsunu verir. Mağazanın "Neftçilər" filialından bildirildi ki, qiymətlər bu gün dəyişməsə də, artıq bazarda dollar bahalaşdığından bu haqda müzakirələr aparılır.
Qeyd edək ki, Mərkəzi Bank manatın bu günə olan məzənnəsinin 1,5642 manat olduğunu açıqlayıb. Lakin Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklarda dolların kursunun müəyyənləşdirilməsinə heç bir müdaxilə etməyəcəyini bildirib.