Azərbaycanlı pilotun cəsədi 70 il sonra tapıldı - FOTOFAKT

8-01-2016, 21:02           
Azərbaycanlı pilotun cəsədi 70 il sonra tapıldı - FOTOFAKT
Rusiyanın Smolensk vilayətində Böyük Vətən Müharibəsi zamanı vurulan döyüş təyyarəsinin qalıqları aşkarlanıb.

Modern.az xəbər verir ki, həmin müharibədə həlak olan insanların qalıqlarının tapılması ilə məşğul olan “Smerç” təşkilatının üzvləri “L-5” təyyarəsinin pilotu Əziz Əbdül oğlu İsrafilova aid sənədlər aşkar ediblər.
Həmin sənədlərdən aydın olur ki, Əziz İsrafilov azərbaycanlı pilot olub və 1921-ci ildə Bakıda anadan olub. Onun yaşayış ünvanını isə Bakıdakı Krupskaya küçəsi 21 (23) olduğu məlumdur.

“Smerç” təşkilatının üzvləri ehtimal edir ki, təyyarə 3 min metr yüksəklikdən yerə düşdüyü üçün onun göyərtəsində güclü yanğın olub və buna görə kabinədəki pilot Əziz İsrafilov yanaraq kül olub.

Hazırda onun qohumlarının axtarışı aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru