Əvvəl arvadı, indi də özü narkotiklə tutuldu — Rusiyada

12-02-2016, 23:50           

Rusiyanın Primorye diyarının Naxodka şəhərində 41 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

teref.az virtualaz.org-a istinadən xəbər verir ki, saxlanılan şəxsin üzərindən iri həcmdə narkotik maddə (heroin) aşkar edilib.

Polis əməkdaşları azərbaycanlının evində axtarış apararaq 3 milyon (təxminən 60 min manat) rubldan çox pul vəsaiti aşkar edərək götürüblər. Pullar divanın üzlüyünün altında gizlədilibmiş.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbərdə deyildiyinə görə, polis əməkdaşları uzun müddət ərzində tutulan azərbaycanlını izləyirmişlər. Bir müddət öncə eyni əmələ görə onun həyat yoldaşı da saxlanaraq həbs edilib.
teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru