Yüzlərlə azərbaycanlı Rusiyada etiraz edir — VİDEO

12-02-2016, 23:52           

Mühacirlər Yekaterinburqda Federal Miqrasiya Xidməti İdarəsini mühasirəyə alıb.

Əsasən Azərbaycan vətəndaşları qəbula düşmək və müvəqqəti yaşayış üçün icazəni almaq üçün saat 03.00-dan növbə tuturlar.

“Mühacirlər gəlir və növbə tuturlar ki, saat 9.00-da inspektorun qəbuluna düşüb müvəqqəti yaşayış üçün icazəni imzalatdırsınlar. 300 azərbaycanlıdan yalnız 10 nəfər keçib! 200 qazaxdan isə yalnız 25-i. İnsanları ələ salırlar?! Məgər mühacirlər adam deyillər?! Hökumət hara baxır?!!”, - hadisələrin iştirakçısı Azər Ağazadə bildirib.

Jurnalistlər tərəfindən hazırlanan videoda insanların FMX idarəsində rəisi və ya kvotaların müəyyənləşdirilməsi üzrə komissiyanın sədrini tələb etdikləri görünür. Çarxın sonunda qışqırıqlar eşidilir, yıxılan qadını az qala kütlə tapdalayacaqdı. (oxu.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru