Bermud üçbucağının dərinliklərində batmış şəhər tapıldı-FOTOLAR
14-02-2016, 20:16
Kanadalı tədqiqatçılar sensasion kəşf ediblər – Bermud üçbucağında dənizin dibində batmış qədim şəhər aşkar edilib.
ExoBaku.com xarici KİV-lərə istinadən xəbər verir ki, Kanadalı mütəxəssislər Pol Vayntsevinq və onun həyat yoldaşı Polina Zalitskinin rəhbərliyi altında məşhur Bermud üçbucağı ərazisində, okeanin dərinliklərində təqdiqatlar aparılıb.
Kuba sahilindən 700 metr aralıda, 180 metr dərinlikdə yerləşdirilmiş hidrolokatordan əldə edilmiş görüntülərə görə, okeanın dərinliklərində piramidalar, tunellər, yollar və digər tikililəri olan nəhəng şəhərin olduğu məlum olub.
Piramidalardan biri şüşədən tikilib, sfinks şəklində heykəl tapılıb, divarlarda yazıllar həkk edilib.
Alimlərin fikrincə tapılmış şəhər qədim latın-amerika mədəniyyətini, xüsusi ilə müasir Meksuka ərazində olmuş və birinci minillikdə öz çiçəklənmə dövrünə çatmış itmiş Teotiukan sivilizasiyanı xatırladır. Güman edilir ki, şəhər təxminən iki min il əvvəl salınıb.
Kanadalı alimlər Pol Vayntsveyq və Polina Zalitski Kuba höküməti tərəfindən okeanın dibinin kartoqrafiya təsvirinin hazırlanması üçün dəvət olunublar. Bundan məqsəd xəzinə ilə dolu olan batmış ispan gəmisinin axtarılması olub. Tədqiqatlar zamanı isə Kanadalı ər-arvad okeanın dərinliklərində şəhər olduğunu aşkar ediblər. Daha sonra onlar bu məsələ ilə bağlı tarixi araşdırmaların izinə düşüblər.
teref.az