Özünü vəzifəli şəxs kimi təqdim etdi — 1200 manat pul mənimsədi
15-02-2016, 14:22
Vətəndaşlara özlərini vəzifəli şəxsi kimi təqdim edənlərin qanunsuz əməlləri ifşa edilb.
Bu barədə Ölkə.Az-a Baş Prokurluğun Mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlara özlərini “Asan Xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı Nərgiz Elçiyevanın, özünü Bakı şəhər 4 saylı “Asan Xidmət” mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. teref.az