Komandası Ziya Məmmədovu niyə tərk edir?
15-02-2016, 16:36
Komandası Ziya Məmmədovu niyə tərk edir? - Nəqliyyat Nazirliyinin ləğvi yaxınlarda açıqlanacaq
Son iki ildən etibarən səlahiyyətlərini ciddi çəkildə itirən nəqliyyat naziri Ziya Məmmədov ictimai tədbirlərdə də görünmür.
Prezidentin keçirdiyi müşavirələrdə, həmçinin, yol açılışları və digər tədbirlərdə belə gözə dəyməyən Ziya Məmmədovun "yoxa çıxması” isə cəmiyyətdə bir sıra söhbətlərə yol açıb.
Mia.az xəbər verir ki, Ziya Məmmədovun dövlət tədbirlərində görünməməsi, onun özüylə bağlı deyil: "Nəqliyyat naziri artıq hakim dairələrdəki bütün nüfuz və təsir rıçaqlarını itirib. Bu, ötən həftə Cavid Qurbanovun Ziya Məmmədova yönəlik " Mən onun xətrini hər zaman istəmişəm. Zamanında birgə çalışmışıq, indi ayrı-ayrı çalışırıq. Deyim ki, gedişimiz-gəlişimiz var, yoxdur. Bayramdan-bayrama salamlaşırıq. Amma bir-birimizə pisliyimiz yoxdur”, - deyə, replikalı açıqlamasında da görünür. Yəni demək istəyirəm ki, 1996-cı ildə mərhum Heydər Əliyevin vəzifədən qovduğu, ancaq Ziya Məmmədovun "quyunun dibi”ndən çıxardıb, cəmiyyətin fövqünə çıxardığı Cavid Qurbanov kimi adamları da ondan üz döndərib. Bütün bunlar isə ondan xəbər verir ki, artıq Ziya Məmmədov hakim komanda da limitini başa vurmuş kadr sayılır”.
Mənbə deyir ki, yaxın aylarda Nəqliyyat Nazirliyinin tamamilə ləğv ediləcəyi də gözlənilir: "Zatən, bu qurumun elə bir səlahiyyəti də qalmayıb. Olan-qalan səlahiyyətləri isə FHN, DİN və digər əlaqəli qurumlar arasında bölünəcək” .