Lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək - Kəmaləddin Heydərov

16-02-2016, 14:07           
Lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək - Kəmaləddin Heydərov
"Son 10-12 il ərzində Azərbaycanda digər sahələrin mühüm inkişafı ilə yanaşı, ən çox inkişaf edən sahələrdən biri də tikinti olub. Həm dövlət investisiyalarının, həm yerli və xarici investisiyaların iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Biz fəxr etməliyik ki, Bakı və digər şəhərlərimiz xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilir".

Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə deyib.

K.Heydərov bildirib ki, statistik rəqəmlərə baxsaq dövlət investisiyaları ilə yanaşı, yerli və xarici investorların qoyduğu investisiyalar hesabına Bakı və digər şəhərlər gözəlləşib.

Nazir qeyd edib ki, əvvəl tikintiyə başlamazdan əvvəl icazənin alınması üçün 245 gün və bəzən də çox vaxt tələb olunurdu: "Möhtərəm Prezidentin tapşırığı ilə aparılan işlər nəticəsində yeni iş sistemi yaradılıb. Sahibkarların onlara verilən kodlar vasitəsilə tikinti işləri ilə bağlı "online" sistemdə məlumat almaq imkanı olacaq. Bu da vaxt itkisini xeyli azaldacaq. O cümlədən, lisenziyaların ləğv edilməsi sahibkarların işini sürətləndirəcək".

Nazir gələcəkdə tikinti sahəsində İctimai Şuraların yaradılmasının vacibliyini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru