''Bandotdel'' Heydər Babayevin obyektində əməliyyat keçirdi, direktor həbs edildi

16-02-2016, 23:47           

''Çudo peçka'' şirkətinin icraçı direktoru həbs edildi.

teref.az xəbər verir ki, Criminal.az-a daxil olan məlumata görə, dünən şirkətin 7-ci mikrorayon ərazisində yerləşən baş ofisində Baş Mütəşəkkil Cinayətkarlıla Mübarizə İdarəsinin əməkdaşları əməliyat keçirib.

Maskalı əməliyyatçılar ofisə daxil olaraq şirkətin icraçı direktoru olan Azad adlı şəxsi qandallayıb. Məlumatda deyilir ki, onun həbsi gömrük nəzarətindən keçməyən 7000 ədəd İphone telefonu ölkəyə gətirməsidir.

Məsələ ilə bağlı şirkətdən məlumat almaq mümkün olmadı.

Qeyd edək ki, ''Çudo peçka'' sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru