Dövlət Bayrağı Meydanının həbsdə olan sabiq sədri azadlığa doğru... - Sirli əl üzə çıxdı

7-03-2016, 16:04           
Dövlət Bayrağı Meydanının həbsdə olan sabiq sədri azadlığa doğru... - Sirli əl üzə çıxdı
Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədovla birlikdə həbs edilən Arzu Məmmədov azadlığa buraxılıb.

A.Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə müraciət edib. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib.Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq aparılır.

Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.

Ölkə.az xəbər verir ki ki, mətbuatda Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədovun azadlığa çıxması üçün bəzi qüvvələrin səy göstərdiyi haqda məlumat yayılmışdı. Onunla birlikdə həbs edilən şəxsin azadlığa buraxılması isə bu söz-söhbətin əsassız olmadığına dəlalət edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.