Bakıda qızın maşınını əzən oğlanı vəhşicəsinə döydülər - Yenə idmançılar yenə "bespredel" VİDEO

1-05-2016, 01:21           

Bakıda bəzi idmançıların yersiz "şou"ları artıq adi hala çevrilib. Bu gün də sosial şbəkələrdə yayılmış görüntülərdən aydın olur ki, Bakıda, Nəriman Nərimanovun heykəlinin yaxınlığında biri-birinə yol verməyən sürücülərin mübahisəsi döyülmə ilə nəticələnib.

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə iki sürücü - qadın və kişi arasında insident yaranıb. Onlar yol verməməkdə biri-birini suçlayıb, kənardan iki kişi vəziyyətə müdaxilə edərək durumu daha da qəlizləşdirib. Onlar kişi sürücünü maşından çıxararaq döyüblər. Hadisə törətmiş qadın isə sürücünün döyməmələri üçün xahiş edərək yalvarıb. Lakin oğlanlar ona əhəmiyyət verməyiblər. Kadrlardan döyənlərin idmançı olduqları görünür.
[media=https://www.youtube.com/watch?v=SEDNL6AcJw4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru