Azərbaycanda baş redaktor intihara cəhd etdi

30-05-2016, 13:09           

"Bakupress.az"saytının baş redaktoru Şəfəq Ağacan çoxlu sayda dərman preparatları qəbul edərək intihara cəhd göstərib

teref.az xeberle.com-a istinadən xəbər verir ki, dərhal xəstəxanaya yerləşdirilən jurnalist xanımın həyatını həkimlərin müdaxiləsi sayəsində qurtarmaq mümkün olub.

Hadisəyə səbəb kimi jurnalistin Nicat adlı şəxs tərəfindən şantaj edilməsi göstərilir.

Polis əməkdaşları tərəfindən ifadəsi alınan Şəfəq Ağacanın vəziyyətini həkimlər orta ağır qiymətləndirirlər.

Qeyd edək ki, Şəfəq Ağacan Sumqayıt şəhər sakinidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru