"Gəlinin anası deyib ki, get, mollayla..." - Biləsuvardakı qalmaqal böyüyür

30-05-2016, 18:01           

Bir neçə gün öncə Biləsuvarın Dərvişli kəndində baş vermiş hadisə ölkə mətbuatında və sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Xatırladaq ki, 57 yaşlı kənd sakini İzzətulla Məmmədov özündən 30 yaş kiçik Sima Əliyeva (ad şərtidir) ilə münasibətdə ittiham olunaraq, qadının dayısı və dayısı oğlu tərəfindən döyülüb. Məmmədov hazırda xəstəxanada, Əliyevanın qohumları isə polis bölməsindədir.

İzzətulla Məmmədov hadisənin təfərrüatı barədə geniş danışa bilmədiyindən Ölkə.Az-ın suallarını onun rayon bələdiyyəsində işləyən qardaşı Qədir Məmmədov cavablandırıb.

Öncədən qeyd edək ki, İ.Məmmədov yetərincə müzakirəyə səbəb olacaq açıqlamalar verib.

- Qədir müəllim, bildirilir ki, qardaşınız İzzətulla kişi həmin xanıma qarşı nalayiq hərəkətlər edib...

- O dul qadındır, qız deyil. Özü qardaşıma məhəbbət elan edib. Qardaşımın da oğlu yoxdur, dörd qızı var, hamısını köçürüb. Sonda qızın dayıları bu məsələdən xəbər tutublar. Mən bələdiyyədə işləyirəm, Rusiyada idim, yenicə qayıtmışam. Bunlar plan qurublar ki, qardaşıma şər atsınlar. Gəlinin iki cinayətdə əli olan dayısı qardaşımı döyüb. Həmin adamın iki ölüm faktında əli olub, amma heç birində tutulmayıb. Birində qızı zorlayıb, qız özünü asıb, digərində isə Biləsuvarda bir oğlanın cinsiyyət orqanını kəsmişdilər. Var-dövlətləri çoxdur, imkanları yüksəkdir deyə, ört-basdır edə bilirlər.

- Bəs qardaşınızı necə döyüblər?

- Qardaşımı günün günorta çağı küçədə tutub maşından yerə salıblar. Bıçaqla paltarlarını cırıblar, qoltuğunun altından müəyyən xəsarət alıb, o ki var döyüblər, təhqir ediblər.

- Qardaşınızın neçə yaşı var?

- 57.

- İzzətulla kişini neçə nəfər döyüb?

- Əslində, iki nəfər olublar. Amma bir neçə nəfər də qardaşımı güdüblər ki, nə vaxt, hansı yoldan, saat neçədə gəldi. Digər şəxslər bu iki nəfəri məlumatlandırıblar ki, nə vaxt gəlib oradan keçəcək.

- Yazılanlara görə bu qadın qardaşınızın yanına "Quran" öyrənməyə gəlirmiş. Belə bir şey olub?

- Qız mollanın yanına gəlmirmiş. Sadəcə çarşab örtür, namaz qılır. Hamı qonşu kimi bir-birinin evinə gedir də. O da gəlib soruşurmuş ki, qüsulu necə vermək lazımdır? Yəni bundan artıq ünsiyyət olmayıb.

- Bəs qardaşınızı hansı məqsədlə döyüblər?

- Məqsəd bu olub ki, qardaşımın oğlu yoxdur, geniş həyəti var, qızları da ərdədir. Yəni qızı buna ərə versinlər, həyət-bacasını da ələ keçirsinlər.

- Qardaşınızın həyat yoldaşı yoxdur ki?

- Qardaşımın yoldaşı var, oğlu yoxdur, qızlarını da köçürüb. İndiyədək də adına heç bir nöqsan olmayıb. Bu planı qızın ətrafı qurub ki, qardaşımın həyət-bacasını əlindən alsınlar. Onların arasında hansısa münasibətdən söhbət gedə bilməz. Çox adam çox şey deyə bilər. Amma ortada heç nə olmayıb, sadəcə deyirdilər. Anası qızına deyib ki, get mollaya denən səninlə kəbin kəsdirsin, sən ona oğul doğacaqsan. Molla da bu təklifdən imtina edib. Ondan sonra bu məsələ başlayıb. Qardaşım molla deyil e, namaz qılıb, "Quran" oxuyan adamdır. Hər namaz qılan adam molla olmur ki. Qızın atası fırıldağın biridir, əmisi də onun kimi. Bunlar əslən babalı-dədəli oğru olublar.

- Həmin qadının övladı var?

- Yoxdur. Bir müddət Rusiyada yaşadı əriylə, sonra müəmmalı şəkildə boşandı. Mən rayon səviyyəsində tanınmış adamam, sizə dəqiq informasiya verirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.