Erməni Vardanyan Bakıdadır - Rusiya səfirliyi

30-05-2016, 22:32           
Erməni Vardanyan Bakıdadır - Rusiya səfirliyi
Anası ilə Azərbaycana gəlmiş və formallıqların dəqiqləşdirilməsi üçün Bakı hava limanında saxlanılmış 8 yaşlı Rusiya vətəndaşı Luka Rubenoviç Vardanyan hazırda anası ilə birlikdə Bakıdadır.

Bunu Trend-ə Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

"Mayın 29-da təxminən saat 13-də Rusiya səfirliyinə zəng daxil olub ki, Bakı beynəlxalq hava limanında Bakıya gəlmiş 8 yaşlı Rusiya vətəndaşı Luka Rubenoviç Vardanyanın pasport qeydiyyatını keçərkən Azərbaycan ərazisinə buraxılmasında problemlər yaranıb. Dərhal hava limanına səfirliyin əməkdaşı gəlib. Yerli hakimiyyət orqanları ilə razılaşdırılaraq, uşağa ölkəyə girişə imkan verilib. Hazırda o, anası ilə birlikdə Bakıdadır", - səfirliyin məlumatında belə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru